Saat:01:04
Haqqımızda

Gürcüstan hökumətinin ABŞ-dən tələbi

2025-10-08 16:30:05

Gürcüstan hökumətinin ABŞ-dən tələbi

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ştatlara çağırışla müraciət edib. Kobaxidze Vaşinqtonun baş verənlərə marağının olmadığını nümayiş etdirmək üçün ABŞ Dövlət Departamentini oktabrın 4-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdini rəsmən pisləməyə çağırıb.
Kobaxidze brifinq zamanı deyib: "Mənim ABŞ Dövlət Departamentinə çağırışım bundan ibarətdir: ölkədə hakimiyyət çevrilişi cəhdini açıq şəkildə qınasın, bununla da ABŞ-nin ölkəmizə qarşı belə bir niyyətinin olmadığını gürcü xalqına aydın şəkildə göstərsin". 
Hürr Tərcüman