Gürcüstan hökuməti prezidentin xarici səfərlərinə icazə vermədi

2023-08-30 20:59:51

Gürcüstan hökuməti prezidentin xarici səfərlərinə icazə vermədi

Çərşənbə günü Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə Ukrayna və bir sıra Avropa ölkələrinə səfər etmək üçün icazə vermədiyini təsdiqləyib.

Bu barədə Gürcüstan hökuməti administrasiyasının məlumatında deyilir.

Gürcüstan qanunlarına görə, prezident yalnız hökumətin təsdiqindən sonra xarici səfərlər edə bilər.

Çərşənbə günü Zurabişvili administrasiyası Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsinə dəstək olaraq Avropa ölkələrinə səfərini elan edib. Onun avqustun 31-də Almaniyaya gedəcəyi və bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcəyi planlaşdırılırdı.

Lakin Gürcüstan hökuməti sentyabr-noyabr aylarında Almaniyaya, o cümlədən İsveçrə, Polşa, Belçika, Danimarka, Bolqarıstan və Çexiyaya səfərlə bağlı razılığa gəlmədiyini bildirib. Siyahıda Zurabişvilinin avqustun 22-24-də Ukraynaya razılaşdırılmamış səfərindən də bəhs edilib.

Ehtimal ki, onun səfəri Krım Platformasının sammiti (burada Zurabişvili videobağlantı vasitəsilə çıxış edib) və Ukraynanın Müstəqillik Günü qeyd etmələri ilə bağlı olub.

Çərşənbə günü hakimiyyətdə olan "Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze jurnalistlərə bildirib ki, Zurabişvili hökumətə məhəl qoymadan və müstəqil fəaliyyət göstərməklə konstitusiyanı pozur.

Xatırladaq ki, ötən ilin iyununda da Gürcüstan prezidenti hökumətin ona Ukraynaya səfərinə icazə vermədiyini bəyan edib. \\Qaynarinfo 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000204