Saat:21:34
Haqqımızda

Gürcüstan gələn ildən döyüş dronlarının istehsalına BAŞLAYACAQ

2021-07-23 23:54:00

Gürcüstan gələn ildən döyüş dronlarının istehsalına BAŞLAYACAQ

2021-ci ildə Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-la əməkdaşlıq çərçivəsində "Javelin" tank əleyhinə raket komplekslərinin əlavə partiyasını ölkəyə gətirmək niyyətindədir.


Bu barədə Cürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze qurumun 10 illik inkişaf planının təqdimatı zamanı bildirib.
 
Nazir görə, "Javelin" qurğularının ilk partiyası 2018-ci ildə Gürcüstana gətirilib.
 
Müdafiə Nazirliyinin 10 illik planının təqdimatı zamanı o da qeyd olunub ki, 2022-ci ildən etibarən "Delta" hərbi müəssisəsinin bazasında xarici şirkətlərlə birlikdə böyük və kiçik ölçülü hərbi dronların istehsalına başlanılacaq.
 
Təqdimatda, həmçinin hava hücumundan müdafiə sistemini gücləndirməyin və bunun üçün İsrailin “Rafael” Dövlət Müdafiə Konserni ilə danışıqlar aparmağın vacibliyi vurğulanıb. \\ Ovqat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR