Gürcüstan Ermənistanla sərhədi bağlayıb
2024-02-05 12:26:46
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanda hava şəraitinin pisləşməsi Ermənistanla sərhədin bağlı qalmasına səbəb olub. Bütün növ nəqliyyat vasitələri üçün keçid qadağan edilib. Gürcüstan-Ermənistan sərhədindəki "Ninotsminda" sərhəd keçid məntəqəsinə aparan Paravani aşırımı fevralın 5-də də açılmayacaq.
Aşırımda bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın Avtomobil Yolları Departamenti bildirib ki, boran və çovğun nəticəsində yollarda görmə səviyyəsi də aşağı düşüb.
Hürr Tərcüman