Gürcüstan əhalisi hakimiyyəti hava və dəniz məkanını Rusiyaya bağlamağa çağırır

2022-04-26 14:01:00

Gürcüstan əhalisi hakimiyyəti hava və dəniz məkanını Rusiyaya bağlamağa çağırır

Gürcüstan vətəndaşları hakimiyyəti Rusiya təyyarələri və gəmiləri üçün hava və dəniz məkanını bağlamağa çağırır. Bu gün, martın 26-da Gürcüstan hökumətinə açıq müraciət dərc olunub.
Onun müəllifləri qeyd edir ki, Gürcüstan Ukraynaya fəal kömək edir: Tiflis beynəlxalq qətnamələrə qoşulub, parlament nümayəndə heyəti Kiyevə rəsmi səfər edib, Gürcüstan humanitar yardım göstərir və “ən əsası yüzlərlə gürcü öz canları bahasına Ukraynanı müdafiə edir, bu qeyri-bərabər mübarizədə ukraynalılarla birlikdə vuruşurlar”.
“Rusiya imperiyasının ləğvi yalnız beynəlxalq birliyin möhkəmlənməsi ilə mümkündür. Bu gün dünyanın bir çox ölkələri azadlıq, firavanlıq və ya Rusiya ilə münasibətlərin pisləşməsi arasında seçim qarşısındadır. Müasir dünya azadlığı seçir. Rusiyaya qarşı sanksiyaların dairəsi getdikcə genişlənir. Bunlardan biri Rusiya gəmiləri və təyyarələri üçün dəniz və hava məkanının bağlanmasıdır.
Gürcü xalqı sayının az olmasına baxmayaraq, heç vaxt imperiyalardan qorxmayıb. Hətta internetin, BMT-nin, NATO-nun, beynəlxalq ictimaiyyətin olmadığı dövrdə belə gürcü xalqı təkbaşına dünyanın ən böyük imperiyalarını darmadağın etdi və öz milli ləyaqətini qorudu.
Ukraynadakı müharibə bizim müharibəmizdir. Biz 2008-ci ilin avqust müharibəsini dağıdıcı nəticələri ilə yaxşı xatırlayırıq, Abxaziyanı yaxşı xatırlayırıq. Gürcüstan Ukraynaya bütün mümkün yollarla, o cümlədən bütün suveren ölkələrin istifadə etmək hüququna malik olan hüquqi vasitələrlə kömək etməyə borcludur.
Yuxarıda deyilənlərə əsaslanaraq, biz Gürcüstan hökumətinə müraciət edirik ki, Ukraynaya dəstək üçün daha bir mühüm addım atsın və Gürcüstanın dəniz ilə hava məkanını Rusiya gəmiləri və təyyarələri üçün bağlasın”, – məktubda deyilir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya