Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
2022-08-06 20:01:00

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Bu barədə Gürcüstan XİN-nin açıqlamasında bildirilib.
Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.
“Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib”,- deyə məlumatda qeyd olunub.\\Demokrat.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya