Gürcüstan 1 ay ərzində Azərbaycanla Rusiyadan 8,7 milyon dollarlıq elektrik enerjisi alıb
2025-02-24 13:06:14

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan 2025-ci ilin əvvəlində ötən ilin eyni dövrü ilə müqayisədə qonşu Azərbaycan ilə Rusiyadan enerji idxalını iki dəfədən çox artırıb.
Rəsmi məlumata görə, yanvar ayında Gürcüstan xarici ölkələrdən 335 milyon kvt/saat elektrik enerjisi satın alıb. İdxal ötən illə müqayisədə 109% artıb və 8,7 milyon dollara çatıb.
Gürcüstan yanvar ayında idxal elədiyi elektrik enerjisinin 57%-ni Rusiyadan, 43%-ni isə Azərbaycandan alıb.
Hürr Tərcüman
