""Gürcü Arzusu" toplumu test etdi və bir addım geri çəkildi" - SİYASİ ŞƏRHÇİ

2023-03-09 12:31:00

"Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq"

""Gürcü kabusu"na çevrilmiş "Gürcü Arzusu" toplumu test etdi və bir addım geri çəkildi. Avroatlantik inteqrasiyanın bütün xalqı birləşdirən milli məsələ və hər kəsin qırmızı xətti olduğu bir daha təsdiqləndi. Eyni zamanda, bu qənaət (ən azından məndə) möhkəmləndi ki, müxalifətin bir liderin şəxsi ambisiyaları və qisasçılığı uğrunda mübarizə apardığı barədə təsəvvürlər ortada olanda (həqiqətən belədir demirəm, təsəvvürlərdən danışıram) xalq bu mübarizəyə dəstək vermir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, ona görə də müxalifət mütləq şəkildə çalışmalıdır ki, Gürcüstan siyasətini İvanişvili - Saakaşvili bipolyar rəqabəti və düşmənçiliyi mənzərəsindən, məhz bu zəmində qütbləşmədən qurtarsın: "Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq. Əks təqdirdə, qoca "Qafqaz tülküsü" "parçala, hökm et" metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178495