Saat:07:33
Haqqımızda

Günümə 1000 manat tələb edirəm - Pərvin

2024-03-27 17:47:43

Günümə 1000 manat tələb edirəm - Pərvin

Aktrisa Pərvin Abıyeva film və seriallardan aldığı qonorarını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu haqda Pərvin qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.

O bildirib ki, gününə 1000 manat qonorar tələb edir:

"Son 7 ildir ki, mən heç bir seriala çəkilmirəm. Film sahəsinə gəldiyim zaman bir günə 500 manata çəkilmişəm. Seriallardan gələn təklifi qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib, amma mən qəbul etməmişəm. Misal üçün gedib rejissorla danışıb deyirəm ki, çəkilirəm, amma günü 1000 manata. Razılaşırlar. Amma 1 ayda çəkilməli olan serialı mənə 10 gündə çəkdirirlər".

Kult.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR