Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16 14:20:00

Güneyli Nobel mükafatı laureatı:

Əslən Güney Azərbaycanın Həmədan mahalından olan və Norveçdə yaşayan Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi Avropa Parlamentində çıxış edib. O, İranda etirazçıların məqsədinin Tehran rejiminin devirmək olduğunu deyib.
"İranda nümayişlər davam edir və etirazçıların məqsədi ölkə Konstitusiyasının dəyişdirilməsi və hazırkı hakimiyyətin devrilməsidir. Bu rejim islaholunmazdır və biz dinin siyasətdən ayrı olduğu bir sistemin qurulmasını istəyirik", deyə xanım İbadi bildirib.
Martın 15-də çıxış edən Nobel mükafatı laureatı Avropa Parlamentinin nümayəndələrini SEPAH-ı terror təşkilatları siyahısına salmaqla İranda yaşayan xalqların yanında durmağa çağırıb.
O, bununla yanaşı bir daha İran vətəndaşlarının Tehran rejiminin nüvə proqramının və başqa ölkələrə müdaxiləsinin əleyhinə olduqların qeyd edib.
"Tarix kitablarınızda yazın ki, Tehran rejimi şagirdlərə belə rəhm etməyib və onları kimyəvi qazlarla zəhərləyib",- deyə, hüquq müdafiəçisi İranda minlərlə məktəblinin zəhərlənməsi məsələsinin rejim tərəfindən törədildiyini söyləyib.
Şirin İbadi bölgədə sülh və sabitliyin yaranmasının yalnız Tehran rejiminin devrilməsindən sonra mümkün olacağını bildirib. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.202777