Güneyli məhbus qadın yazıçı Amerika Yazıçılar Assosiasiyasının mükafatına layiq görüldü

Güney Azərbaycanın Zəncan şəhərindən olan məhbus yazıçı və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının illik “Yazı Azadlığı Mükafatı”na layiq görülüb. Bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Məlumata görə, hazırda Nərgiz Məhəmmədi İranda həbsxanada təkadamlıq kamerada mənəvi işgəncəyə məruz qalaraq saxlanılır.
Bildirilib ki, Nyu-York şəhərində keçirilən toplantıda mükafat onun həyat yoldaşı Təqi Rəhmaniyə təqdim edilib. Tədbir üçün göndərdiyi mesajda Nərgiz Məhəmmədi İrandakı "misoqinist repressiv və teokratik rejim”i devirməyə çağırış edib.
O, bu il mayın 17-də edam edilmiş Yusuf Mehrad və Sədrullah Fazeli, habelə həbsdə olarkən müalicə olunması səbəbindən vəfat etmiş şair, kinorejissor Bektaş Abtini də xatırlayıb. Bildirib ki, Yusuf Merad və Sədrulah Fazeli islamı təhqir edən kitab və məqalə yazdıqları üçün deyil, sosial şəbəkədə bir neçə ismarış mübadiləsi etdikləri üçün edam olunublar.
Amerika Yazıçılar Assosiasiyasının rəhbəri Suzan Nossel açıqlamasında Nərgiz Məhəmmədinin İran hakimiyyətinin onu susdurmaq üçün israrlı cəhdlərinə qarşı göstərdiyi cəsarət və müqavimətə görə dünya üçün ilham qaynağı olduğunu bildirib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya