Güneyli məhbus Əkbər Nəimi: Ürəyimiz rahatdır, Azərbaycan milləti gec-tez xoşbəxtliyi dadacaq

2022-05-06 15:07:00

Güneyli məhbus Əkbər Nəimi: Ürəyimiz rahatdır, Azərbaycan milləti gec-tez xoşbəxtliyi dadacaq

"Ürəyimiz rahatdır, Azərbaycan milləti gec-tez xoşbəxtliyi dadacaq". Bu sözlər Güney Azərbaycanlı hüquq müdafiəçisi Əkbər Nəiminin kəlamıdır.

Əkbər Nəimi hazırda Tehranın Evin həbsxanasında 9 il 8 aylıq həbs cəzasını çəkir və məhkumluğundan bir neçə ay keçməsinə baxmayaraq hələ də məzuniyyətə buraxılmır.
“Azad İran” Telegram kanalının xəbərinə görə, o, “Orin” qeyri-hökumət təşkilatının Mərkəzi Şurasının üzvü və daha əvvəl İran hökumətinin Xoy şəhərindəki dar baxışlı məmurlarının göstərişi ilə ləğv edilmiş “Günəbaxan Mərkəzi” təşkilatının təsisçilərindən biridir.
Milli və vətəndaş cəmiyyəti fəalı olan Nəimi 1983-cü ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olub və maşınqayırma ixtisası üzrə bakalavr təhsili alıb. 2012-ci ildən İran dövlət aviaşirkətinin (HOMA) təmir şöbəsində işləyib, lakin 2020-ci ilin fevralında həbs olunduqdan sonra o, işə qayıda bilməyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya