Güney Azərbaycan Milli Hərəkat fəalları İranda son etirazlarla bağlı bəyanat yayıblar

2022-06-09 12:38:00

Güney Azərbaycan Milli Hərəkat fəalları İranda son etirazlarla bağlı bəyanat yayıblar

Güney Azərbaycan Milli Hərəkatının fəalları İranda son etirazlarla bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir:
"Son günlər İranda müxtəlif təbəqələrin bahalığa, inflyasiyaya qarşı geniş etirazları və tətil aksiyalarının şahidi oluruq. Hökumətin bahalığa və inflasiyaya nəzarət edə bilməməsi,  aztəminatlı vətəndaşlara qarşı ayrı-seçkilik, o cümlədən əmək haqlarının artırılması məsələsində millət vəkilləri ilə vətəndaşlar arasında 40 faiz fərqin olması, əmək bazarının acınacaqlı olduğu bir vaxtda vergilərin 100 faiz artırılması etirazlara səbəb olan amillərdir.

Azərbaycan Milli Hərəkatı real durumu incələyib və reallıqları nəzərə alaraq ümumi və sinfi etiraz aksiyalarında zülmə məruz qalmış xalqın  yanında olduğunu bəyan edir".

Bəyanatda bildirilir ki, milli hərəkat xalqımızın güvənə biləcəyi yeganə hərəkatdır və onu dəstəkləməkdə, onun siyasi gücünə inanmaqda zərrə qədər şübhə edilməməlidir:

"Yuxarıda qeyd olunanları nəzərə alaraq və məsələnin bütün aspektlərini təhlil edərək Azərbaycan Milli Hərəkatı və bir qrup hərəkat fəalı bundan sonra bütün aksiyalarda öz şüarları ilə çıxış edəcəklərini bildirirlər.

Milli Hərəkat bundan sonra aksiyalara "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azadlıq, ədalət, milli hökumət" və başqa bu kimi şüarlarla qatılacaq.

Bütün əsir xalqların azadlığı ümidi ilə.

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı".

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya