Günəşdə Yerdən 4 dəfə böyük ləkələr yaranıb, X sinifli qasırğalar ola bilər (XƏBƏRDARLIQ)
Günəşin Yerə baxan tərəfində planetimizdən dörd dəfə böyük olan AR3576 nəhəng günəş ləkələrindən ibarət çoxluq əmələ gəlib. Qaralma bölgəsinin eni 200 min kilometrdir.
Günəş ləkələri qrupuna hər biri Yerdən böyük olan ən azı dörd nüvə daxildir. Quruluş o qədər böyükdür ki, onu hətta Marsdan da görmək mümkündür, bunu “Preservance” roverindən yeni görüntülər sübut edir.
Günəş ləkələri ulduzun səthindəki qaranlıq, daha soyuq ərazilərdir. Onlar tac kütləsinin atılması (CMEs) ilə müşayiət olunan elektromaqnit məşəlləri yarada bilər. Günəş alovları günəş atmosferində maqnit enerjisi yığıldıqda və güclü elektromaqnit şüalanması kimi buraxıldıqda baş verir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimlərinin fikrincə, AR3576 kosmik fırtınalar miqyasında ən güclü olan X sinifli maqnit qasırğalarını Yer kürəsində sıradan çıxara bilər. Onlar radio rabitəsində ciddi fasilələr yarada və peyklərin işini poza bilər.
Mütəxəssislər qeyd ediblər ki, belə nəhəng günəş ləkəsinin görünməsi ulduzumuzun 11 illik fəaliyyət dövrünün pik nöqtəsinə yaxınlaşdığını göstərir.
teref.az