Günəşdə dörd güclü partlayış baş verdi
2025-12-11 00:03:25
Günəşdə sondan əvvəlki “M” sinfinə aid dörd günəş partlaması baş verib.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, ilk M1.5 alışması Bakı vaxtı ilə saat 3:27-də qeydə alınıb. Partlayış 4296 (S18W46) nömrəli Günəş ləkələri qrupunda meydana gəlib və 20 dəqiqə davam edib.
Daha üç partlayış, M1.2, M1.9 və M1.0, müvafiq olaraq, Bakı vaxtı ilə səhər 8:22, 11:37 və 13:55-də baş verib. Onlar 4294, 4296 və 4298 saylı günəş ləkələri bölgələrindən ibarət ilin ən böyük günəş ləkəsi kompleksində qeydə alınıb və 10-16 dəqiqə arasında davam edib.\\Yeniavaz.com
