Saat:19:10
Haqqımızda

Günəş tutulması bürclərə necə təsir edəcək?

2021-12-04 23:11:00

Günəş tutulması bürclərə necə təsir edəcək?

Bu gün ilin sonuncu Günəş tutulması baş verib. Bu təbiət hadisəsi bir neçə bürcə təsirsiz ötüşməyəcək.  Bəs hansı bürc nə qədər təsirlənəcək?

Astroloqların fikrincə, Günəş tutulması 12 bürc arasında xüsusilə oxatanlardan yan keçməyəcək. 

 

Qoç bürcü - Tutulmanın dramatikliyinə baxmayaraq, qarşıdan gələn ay xoşbəxt və uğurludur. 21 dekabrdan etibarən səhhətinizin daha həssas olacağı  enerjilərlə qarşılaşacaqsınız.  Bununla belə, həyatınızda və məqsədlərinizdə uğur qazanacaqsınız. Münasibətlər irəli deyil, geriyə doğru gedirmiş kimi görünə bilər. Sevgidə şübhələrinizi dəf etməlisiniz. Eyni şey maliyyə həyatında da belədir. Qazanc adi haldan daha yavaş ola bilər. Ayın 19-dan etibarən, alış-verişlər və ya investisiyalar etməkdən çəkinin.

 

Buğa bürcü - Son bir neçə aydır, xüsusilə sağlamlıq və iş məsələlərində çərçivənizdən kənara çıxırsınız. İş öhdəlikləri sizi rahatlıq zonanızdan çıxarıb və ya yeni iş var.  Dekabrın 7-dən hər şey dəqiqləşəcək. Səhhətiniz və enerjiniz bu ay kifayət qədər yaxşıdır.  Sevgi enerjiləri isə bu ay sizə xoşbəxtlik gətirəcək. Subaylar üçün romantika ön plandadır. Yeganə problem odur ki, siz sabitsiniz. Keçmişdə ilişib qalaraq xoşbəxtliyinizi bulandırmayın.

 

Əkizlər bürcü - Bu ay sevgi həyatınıza diqqət yetirəcəksiniz. Amma bu gün baş verən Günəş tutulması mövcud əlaqələrinizi sınayacaq. Yəni, yeni insanlarla tanış olursunuz və tutulma bu əlaqələrin keyfiyyətini sınayacaq.  Bu günəş tutulması sizə güclü təsir edəcək. Ola bilər ki, yaxınlarınız, dostlarınızla müəyyən problemlər yaşayasınız.

 

Xərçəng bürcü - Bu ay qazanclarınız artacaq. Amma bunun üçün nizam-intizamlı işləməlisiniz. Ayın 21-də maliyyə planetiniz Oğlaq bürcünə keçir. Maliyyədə daha mühafizəkar olursunuz, bu pis deyil. Son bir neçə ayda sürətlə pul qazanmağınız sizi şirnikləndirib və indi bunun sizə vurduğu zərəri dərk edirsiniz. 21-dən sonra sağlamlığa bir qədər diqqət yetirmək lazımdır. Subaylar bu ay daha çox flört edəcək və romantik təcrübələr yaşayacaqlar.

 

Şir bürcü – Günəş tutulması müddətində stresli fəaliyyətlərdən qaçmalısınız. Yavaş-yavaş diqqətinizi sevgiyə yönəltməyə və sahiblənməyə başlayın. Karyera imkanları diqqətli araşdırma tələb edir və siz dostlarınız vasitəsilə böyük bir iş problemini həll etməklə rahat nəfəs ala bilərsiniz. Tutulmanın bitməsi sizə müsbət təsir edəcək. Problemlərdən qurtulun və həyatdan zövq alın. 

 

Qız bürcü - Keçən ay olduğu kimi, bu ay da ailə üzvləri və ya valideynlə bağlı problemlər sizə təsir edə bilər. Noyabrın 22-dən etibarən səhhətiniz daha həssasdır və bu, dekabrın 21-ə qədər davam edəcək. Daha rahat planlara ehtiyacınız var - xüsusən də tutulma dövründə. Eyni zamanda Günəş tutulması Merkuriyə təsir etdiyi üçün görmə qabiliyyətiniz təsirlənə bilər. 

 

Tərəzi bürcü - Hüquqi məsələlərlə məşğulsunuzsa, problem və təzyiqlərlə üzləşə bilərsiniz. İştirak etdiyiniz mənəvi və ya xeyriyyə qurumlarında sarsıntılar ola bilər. Mühüm maliyyə hadisələri baş verəcək. Arıqlamaq və detoks rejimləri sizə son dərəcə yaxşı təsir edir. Bu ay tibbi və estetik müdaxilələr də edə bilərsiniz.

 

Əqrəb bürcü - Yeni layihələrə başlamaq üçün mükəmməl dövrdəsiniz.  Bu tutulma karyera dəyişikliklərindən xəbər verir. Günəş tutulması ildə iki dəfə yaşadığınız üçün narahatlığa əsas yoxdur.  Karyera istiqamətində dəyişikliklər ola bilər. Sakit olmalı və hadisələri müsbət qiymətləndirməlisiniz.

Oxatan bürcü - Bu ay səhhətiniz əla olacaq.  Ayın 11-dən sonra əhəmiyyətli iş fürsətinin olması mümkündür. Bu, biznes tərəfdaşlığı və ya birgə müəssisə ola bilər. Subaylar öz maliyyə məqsədlərinə çatacaqlar, həmçinin bu yolda qarşılaşdıqları insanlarla eşq fürsətləri tapacaqlar.

 

Dolça bürcü – Əsasən sağlam və xoşbəxt olacaqsınız.  Bəzi əhəmiyyətli karyera yüksəlişi var. Buraya ailə və ya xarici şirkət, təşkilat daxil ola bilər. Dostlarınızdan gələcək maddi və mənəvi müsbət enerjiləri qarşılamağa hazır olun.

 

Balıq bürcü – Bu ay  dini, teoloji və fəlsəfi araşdırmalara daha çox maraq göstərəcəksiniz. Günəş tutulmasına baxmayaraq, eşq həyatınızda sizi xoşbəxt edəcək enerjilərlə qarşılaşırsınız. Əvvəllər münasibətlərə tez başlamağa meylli idinizsə, indi daha ehtiyatlısınız. Ağıllı hərəkətlərlə romantik fürsətlərdən yaxşı istifadə edin.

 

Oğlaq bürcü – Uğurlu karyera imkanları sizi gözləyir. İnsanlar sizə heyranlıqla baxırlar. 21-dən sonra Günəş bürcünüzə doğru hərəkət etdikcə, daha da güclənəcəksiniz. Bu dövrdə uşaq məsələləri ilə bağlı əhəmiyyətli inkişaflar ola bilər. \\Sfera.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR