Saat:12:46
Haqqımızda

Günə 1 stəkan için, artıq olmaz! - YÜKSƏK TƏZYİQİN QƏNİMİ

2022-01-19 22:35:00

Günə 1 stəkan için, artıq olmaz! - YÜKSƏK TƏZYİQİN QƏNİMİ

Həkimlər adətən yüksək təzyiqdən əziyyət çəkənlərə yaşıl çayı içməyi tövsiyə edirlər. Lakin Serbiyalı mütəxəssislər həmin həkimlərə qarşı çıxır. Onlar yüksək təzyiqi olanlara itburnu çaynı içməyi məsləhət görürlər. 
Yüksək təzyiqi olanlar üçün yaşıl çaydansa itburnu daha effektlidir. Alimlərin fikrinə görə, “itburnu çayının tərkibində olan flavonoidlər ürəkdə qan dövranını yaxşılaşdırır və bununla da yüksək təzyiqin riskini xeyli azaldır”.
Mütəxəssislər qeyd edirlər ki, C vitamini ürək xəstəliklərinin riskinin azalmaq xüsusiyyətinə malikdir. İtburnu isə C vitamini ilə xüsusilə zəngindir.
Bundan əlavə itburnu çayı immun sistemi üçün faydalıdır və həmçinin orqanizmə ümumi iltihabəleyhinə təsir edir.
İtburnu çayını hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır.
Yüksək təzyiqi olanlar üçün yaşıl çaydansa itburnu daha effektlidir. Alimlərin fikrinə görə, “itburnu çayının tərkibində olan flavonoidlər ürəkdə qan dövranını yaxşılaşdırır və bununla da yüksək təzyiqin riskini xeyli azaldır”.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.
Çaya zövqə görə bal əlavə edə bilərsiniz. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.

 

oxu24.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR