Saat:02:29
Haqqımızda

Gündəm olan karikaturanın müəllifi: “Biz bu bayrağı Qarabağdan silmişik..."

2021-09-18 16:51:00

Gündəm olan karikaturanın müəllifi: “Biz bu bayrağı Qarabağdan  silmişik...

Sosial şəbəkələrdə Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını bıçaqla silməsini əks etdirən görüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, dünəndən bəri gündəmin əsas mövzusu və fotosu olan bu görüntüləri karikaturaçı rəssam Nuray Allahverdiyeva Digital Art formatında çalışıb.  

Əl işi sosial şəbəkədə böyük marağa səbəb olan rəssam təəssüratlarını Moderator.az-a  bölüşdü:  

“Dünəndən bəri sosial şəbəkələrdə bu görüntülər yayılıb. O görüntülərə baxdıqca böyük fəxr hissi ilə yanaşı məndə ikrah hissi oyanırdı.  Çünki, ermənilərin xəyal dünyasında yaratdıqları bir dövlətin olmadığını onlara sübut etsək də, onlar israrla bu dövlətin bayrağını maşınların üzərinə yapışdırırlar. Biz bu bayrağı Qarabağdan  silmişik, maşınlara yapışdırmağın nə xeyri? Və bu düşüncədən də bu idea doğdu”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR