""Günay Bank"ın bağlanması bank sektorunda inhisarlaşmanın davamıdır" - ƏKRƏM HƏSƏNOV

2023-05-17 13:51:00

"Bu xəbərə ən çox sevinən Əmanətlərin Sığortalanması Fondu olacaq, hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir"

""Günay Bank"ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır. Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması "bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır"". Hurriyyet.az xəbər verir ki, bu fikirlər hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənova məxsusdur.

Ekspert qeyd edib ki, bank nəzarəti formal yox, riskyönümlü olmalıdır: "Sistem üçün risk törətməyən bank niyə bağlansın ki? Əslində, "Günay Bank" və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir. Sadəcə məqsəd odur ki, bir nəfər də başı papaqlı qalmasın, hər yerdə qlamur oğlanlar hökm sürsün".

Əkrəm Həsənov əlavə edib ki, bu xəbərə ən çox sevinən Əmanətlərin Sığortalanması Fondu olacaq: "Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.249431