“Günahımız olsa da, olmasa da cərimə ödəyirik” - NAXÇIVAN “QAİ”-SİNİN RƏİSİNDƏN ŞİKAYƏT

2023-01-03 13:14:00

“Günahımız olsa da, olmasa da cərimə ödəyirik” - NAXÇIVAN “QAİ”-SİNİN RƏİSİNDƏN ŞİKAYƏT

Naxçıvan şəhər sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən sakinlər Dövlət Yol Polisinin fəaliyyətindən narazıdırlar. Bu idarənin rüşvətin,  yeyintinin “ən aktual mərkəzi” olduğunu deyirlər:

“Hal-hazırda vəzifədə olan Ayaz adlı rəis “yeyintiyə” şərait yaradır. O, 5 ilə yaxındır ki, Naxçıvanda “Respublika QAİ-si”nin rəsidir. Vəzifəyə gəlməmişdən qabaq “serjant” rütbəsində sədrin maşınını sürürdü. Atası sədrlə dost idi. Neynədilər, necə danışdılar, nə qədər pul verdilər, bilmirik, bir ilin içində leytenat, sonra isə kapitan rütbəsi verildi.

Qardaşı da əvvəllər MTN-də işləyib.

Hazırda Ayazın 36 yaşı var. Atasının adı İmandır, Naxçıvanda tikinti materialları bazarı var. Bir sözlə, bizlər günahımız olsa da, olmasa da cərimə ödəyirik. Buna bir tədbir görən yoxdur.

Bunlar o qədər təhlükəli insanlardır ki, vaxtilə bir məsələni ANS kanalında Orxan Fikrətoğlu işıqlandırmışdı deyə onun verilişini bağlatdırdılar. Xahiş edirəm, şikayətimizi işıqlandırın, tədbir görülsün”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.202691