“Gümrüdəki Rusiya bazası 2044-cü ilə qədər orada qalacaq” – İrəvana təhdid yağır

“Paşinyan iki stulda birdən oturmağa çalışır”
“Rusiyaya qarşı qeyri-dost addımlar atılır”
“Ermənistan müstəqil dövlət olsa da, Rusiya ona ABŞ-dan daha yaxındır”
Hurriyyet.az xəbər verir ki, “Rusiya zabitləri” təşkilatının mərkəzi icraiyyə komitəsinin sədri, general-leytenant Aleksandr Mixaylov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində ABŞ-ın Ermənistanda keçirməyə hazırlaşdığı birgə hərbi təlimlərdən danışarkən deyib: “Hazırda Rusiya-Ermənistan münasibətlərində nələr baş verirsə, versin, bu, bizim Ermənistanda hərbi bazamızın yerləşməsinə təsir göstərməyəcək”.
Ekspert deyib: “Bu, Ermənistan Prezidenti Nikol Paşinyan ilə onun komandasının qərarıdır. Onlar çoxdan Qərbə meylləniblər. Hələlik isə, o, hər halda iki stulda oturmağa çalışır. Hərçənd, hərbi təlimlərin keçirilməsi – tamamilə qeyri-dost addımdır. Üstəlik, bizim 102-ci hərbi bazamız Gümrüdə yerləşir və biz oradan getməyə hazırlaşmırıq. Ermənilərin bizim düşmənlərimizlə istənilən kontaktı bizə qarşı qeyri-dost qərar kimi qarşılanmalıdır. Paşinyan da başa düşməlidir ki, Ermənistan müstəqil dövlət olsa da, Rusiyaya nisbətən, Amerikadan çox uzaqda yerləşir. Mənim mövqeyim RF XİN-in mövqeyi ilə eynidir. Qoy əvvəlcə özlərinin bütün bəyanatlarını və hərbi problemlərini izah eləsinlər, sonra biz qərar qəbul edərik”.
Mixaylov deyib: “Bizim Ermənistandakı bazamız istənilən halda 2044-cü ilə qədər orada yerləşməlidir və bu baza təkcə, Rusiyanın deyil, həm də Ermənistanın özünün təhlükəsizliyini təmin edir. Bu baza HHM sistemini dəstəkləyir. Paşinyanın qərarları təkcə Rusiyada deyil, ermənilər arasında da suallar doğurur”.
Bəlli olduğu kimi, 11-20 sentyabr tarixlərində Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçirilməsi planlaşdırılır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya