Saat:22:14
Haqqımızda

Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB

2022-11-30 09:26:00

Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB

Keçmiş deputat Gültəkin Hacıbəyli Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb.

Hurriyyet.az  xəbər verir ki, eks-deputat  ifadəsi alınaraq sərbəst buraxılıb.

***

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb. 

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.

sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR