Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

2022-11-14 22:09:00

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

Hurriyyet.Az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.109763