GÜLƏN NAZİR... AĞLAYAN QAZİ... - Acı Azərbaycan REALLIĞI...

2022-04-21 12:30:00

GÜLƏN NAZİR... AĞLAYAN QAZİ... - Acı Azərbaycan REALLIĞI...

Vətən müharibəsinin qazisinin ürəkparçalayan görüntüləri yayılıb.

Hurriyyet.az xəbər verir ki, ümumilikdə bədənində 207qəlpə var, ən ağır qəlpə ağ ciyərindədir. Ürəyi zəif olanların baxması məsləhət görülməyən kadrlarda qəhrəman qazimizin necə ağrılar çəkdiyi eşidilir. Qeyd olunur ki, ağrılar dözülməzdir və müalicəsi üçün heç bir kömək yoxdur. Vətəndaşlar YAŞAT Fonduna, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ediblər. Həqiqətən də ağır vəziyyətdə olan qazilərin diqqətdən kənarda qalması qəbulolunmaz haldır. S. Babayev və komandası gecə-gündüz islahatlardan danışırlar, yaxşı olar ki, nazirlikdə olan ictimai əlaqələr şöbəsi, sosial şəbəkə istifadəçiləri bu kadrları görüb nazirə məruzə etsinlər. Onların kabinetində təhlükəsiz yaşaması üçün bizim qazilərimiz sağlamlığını itirib, indi ağrılar içində əzablar çəkirlər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya