Güclü zəlzələ Myanma və Tailandı silkələdi: Banqkokda çoxmərtəbəli bina çökdü - Qorxulu GÖRÜNTÜLƏR
2025-03-28 11:41:01

Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, episentr təxminən 1.2 milyon nəfərin yaşadığı Mandalay şəhərindən 17 km qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, güclü yeraltı təkanlar Banqkokda (Tailand) hiss edilib. Şahidlər zəlzələ zamanı Banqkokda tikilməkdə olan çoxmərtəbəli binanın dağıldığını bildiriblər. Şəhərdə çoxmərtəbəli binalardan təxliyə elan edilib.
Oxu.az
