Güclü qar yağdı, ölənlər var
2022-12-26 17:47:00

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Yaponiyada ötən həftədən bəri davam edən güclü qar yağıntısı 17 nəfərin ölümünə səbəb olub. 93 nəfər isə zərər çəkib.
Qar yağıntısı nəticəsində onlarla aviareys təxirə salınıb, yüzlərlə avtomobil yollarda qalıb, çatdırılma xidmətlərinin işi çətinə düşüb.
Sinoptiklərin məlumatına görə, Yaponiyanın şimal-şərq hissəsinə orta normadan üç dəfə çox qar yağıb.
Hokaydo adasında 20 minə yaxın bina müvəqqəti olaraq elektrik enerjisindən məhrum olub.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya