Saat:13:43
Haqqımızda

“Grand Neon”da toy zamanı yanğın: Hər kəs zaldan çıxsın - Video

2025-11-28 11:49:16

“Grand Neon”da toy zamanı yanğın: Hər kəs zaldan çıxsın - Video

Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.

Məlumata görə, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.

Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.

Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar.

Qafqazinfo.az