Göygöldə görülən işlər rayon əhalisinin böyük sevincinə səbəb olub - FOTOLAR

2022-12-27 15:11:00

Göygöldə görülən işlər rayon əhalisinin böyük sevincinə səbəb olub - FOTOLAR

Göygöl rayonunda son zamanlar yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən, rayon əhalisinin işgüzar fəaliyyətinə yeni müasir avadanlıqlar ilə təmin edilməsi, şəhid ailələrinə göstərilən xüsusi qayğı, şəhid övladlarının işdirakı ilə keçirilən tədbirlər, Göygöl rayonuna səfər etmiş Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann mədəni irsinin qorunması müzakirə edilməsi görülən işlərin nəticəsində, Prezident İlham Əliyev Cənablarının ehtimadını doğruldan, rayonun inkişafında müstəsna xidmətləri, rayon əhalisinin böyük sevincinə səbəb olmuşdur.

Belə ki, Göygöl rayonunda görülən işlərin təfərrüatı haqqında oxuculara bəzi əsas məqamları Elvin Paşayevin sosial şəbəkələrdə paylaşdığı səhifəsindən, əldə etdiyimiz arqumentləri Hürriyyət.az olaraq dərc edirik.

Göygöldə fermerlər üçün yeni xidmət mərkəzi istifadəyə verilib, New Holland şirkətinin nümayəndələri Styuart Kempbell və Arda Levent tərəfindən mərkəzin qapalı satış pavilyonunda 9 model və 11 modifikasiya üzrə təmsil olunan müasir və yüksək effektivliyə malik New Holland traktoru, həmçinin 2 modeldə taxılyığan kombaynı təqdim edilmişdir.

"YAŞAT" payız düşərgəsinə start verilib

"YAŞAT" Fondunun, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə “YAŞAT” payız düşərgəsinə start verilib.

28-31 oktyabr tarixini əhatə edən düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edir.

Allah şəhidlərimizə rəhmət eləsin!

20 oktyabr 2022-ci il tarixdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann və Milli Məclisin Deputatı Nurlan Həsənov Göygöl rayonununa səfər ediblər.

Qonaqlara Göygöl şəhərinin Alman mədəniyyət tarixi haqqında məlumatlar təqdim edilmişdir. Səfər çərçivəsində rayonun mədəni irsinin qorunması, təbliği və digər əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Ardı var... 

Gəncə müxbiri Azər


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158757