Saat:03:44
Haqqımızda

Göygöldə altı nəfərin həlak olduğu qəza ilə bağlı RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

2022-07-02 12:32:00

Göygöldə altı nəfərin həlak olduğu qəza ilə bağlı RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Hurriyyet.az-a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

Hurriyyet.az-ın məlumatına görə, “VAZ” markalı avtomobillə yük maşının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.

***

Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.

***

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Hurriyyet.az-ın məlumatına görə, xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

***

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR