Göygöl Rayon Məhkəməsi laborotoriya müdiri haqqında "hökm" çıxardı...

2023-01-10 14:05:00

Göygöl Rayon Məhkəməsi laborotoriya müdiri haqqında

Göygöl rayon mərkəzi Xəstəxanasında, iki həkimi aralarında düşən münaqişə, məhkəmə çəkişməsinə kimi uzanmışdır. Laborotoriya​ şöbəsinin​ müdiri​ ​ Zeynalabdin Əliyev,​ həmin​ xəstəxananın​ cərrah​ həkimi​ İlkin​ Əliyevi​ iş​ yerində​ ​ döyərək​ ​ sağlamlığına​ ciddi​ xəsarət​ yetirmişdir.

Bununla bağlı Göygöl rayon Polis şöbəsində aparılan işin yekun hissəsini, məhkəmə hökmü ilə tamamladı.

Söhbəti gedən xəstəxananın laborotoriya müdiri, Zeynalabdin Əliyev, Göygöl rayon məhkəməsinin hökmü ilə, iki il azadlıqdan  məhrum edilmə cəzası, 2 il sınaq müddətinə şərti tətbiq edilmə ilə əvəzlənib.

Nəticədə Göygöl rayon Mərkəzi xəstəxanasının müdiri V.Əliyev, məhkəmənin hökmünə əsaslanaraq, laborotoriya müdiri Zeynalabdin Əliyevi, əmək  məcəlləsinin 70 ç bəndi ilə tutduğu vəzifədən, 09 oktyabr 2023 cü il tarixdə kənarlaşdırıbdır.
Lakin bu gün, yəni ki, 10 yanvar 2023-cü il tarixdə xəstəxanaya Laborotoriyanı təhvil vermək adı altında gələn, Zeynalabdin Əliyev xəstəxanada iş fəaliyyətinə davam etməkdədir.

Əldə etdiyimiz məlumatlara görə, xəstəxananın hüquqşünastı, Zeynalabdin Əliyevə izah etsədə ki, siz rəhbərlik tərəfində tutduğunuz vəzifədən kənarlaşmısız, adı çəkilən laborotoriya müdiri deyilənlərə əhəmiyyət vermir, iş fəaliyyətinə əvvəlki qaydada davam edir.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143141