Saat:15:51
Haqqımızda

Göygöl İcra Hakimiyyətinin şöbə müdiri vətəndaşın yolunu kəsib - "İcra başçısı da onun tərəfini saxlayır" / VİDEO

2024-04-03 21:57:32

Göygöl İcra Hakimiyyətinin şöbə müdiri vətəndaşın yolunu kəsib -

Göygöl rayonu, Turan Qurbanov kuçəsinin sakini Rüstəmov Akif Xaliq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazov onun yolunu zəbt edib:

“Mən, Rüstəmov Akif Xaliq oğlu, bildirmək istəyirəm ki, 2020-ci ildən yuxarıda qeyd etdiyim ünvanda  yaşayıram. 4 ildir maşınımı öz həyətimə sala bilmirəm. Səbəb isə Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovdur.

Adını çəkdiyim şəxs qanunsuz olaraq mənim evimin qabağındakı yolu zəbt edib. Həmin şəxsə başqa bir yerdən əlavə torpaq verilməsinə baxmayaraq, 2 küçəni zəbt edərək vəzifəsindən sui-istifadə etmişdir. Rayonun icra başçısı və memarı da vəzifə sahibi olan Arizin tərəfini saxlayır. Başçının qəbulunda olmuşam, problemimi bildirmişəm. Mənimlə birgə yolun bağlanmasına narazı olan qonşum da yanımda olub. Memar deyir ki, cığır oldu bəsdir də. Memarın özünün evinin qarşısı, yolu kəsilsə, götürərmi? Bura dağ kəndi deyil ki, çığırlar olsun. Mənə yol göstərirlər ki, sən dünənki uşaqsan, darvazanı sök, dəyiş.

Mən bu qədər özbaşınalığın qabağında aciz qalmışam".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR