Göyçaylılar Şəhidlər Xiyabanının yanında əyləncə mərkəzinin açılmasına ETİRAZ EDİR - FOTOLAR

2022-06-22 14:11:00

Göyçaylılar Şəhidlər Xiyabanının yanında əyləncə mərkəzinin açılmasına ETİRAZ EDİR - FOTOLAR

Göyçay Şəhidlər Xiyabanının yanında əyləncə mərkəzi açılıb. Bu barədə Hurriyyet.az-a verilən məlumata görə, xiyabanın yanında əyləncə məkanı açan şəxs imkanlı biridir və orada az qala hər gün konsert təşkil olunur, yüksək səslə musiqi səsləndirilir.

Təbii ki, bu da öz növbəsində, şəhidlərə, onların ruhuna hörmətsizlikdən başqa bir şey deyil. Çünki şəhid yaxınları təsəlli almaq üçün övladları, həyat yoldaşları və ya qardaşlarının uyuduğu xiyabana baş çəkərkən musiqi səsindən ciddi narahatlıq, sarsıntı keçirirlər. Məhz buna görə də bunu şəhidlərin ruhuna təhqir kimi dəyərləndirən göyçaylılar Şəhidlər Xiyabanının yanında əyləncə mərkəzinin açılmasına etiraz edirlər və tam haqlıdırlar. Çünki burda şəhidlər uyuyur, burda necə əyləncə mərkəzi açmaq olar?!

Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən tez bir zamanda məsələyə hüquqi qiymət veriləcək və əbədi müqəddəslik ünvanı olan şəhidlər xiyabanının yanında əyləncə mərkəzi açanlar barəsində müvafiq ölçü götürüləcək.

Hurriyyet.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya