Göyçay sakini sosial yardım verilməməsindən şikayətçidir - MÜRACİƏT

Göyçay rayonu, Yalman kənd sakini Əhmədova Naminə Nəbi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Çətin vəziyyətdə yaşadığını deyən N.Əhmədova ona sosial yardım verilməməsindən şikayətlənir:
“Mən, Əhmədova Naminə Nəbi qızı, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.
Ailəliyəm, 2 azyaşlı övladım var. Sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm. Amma gəlib evə baxış keçirmirlər. Amma ordan mənə dedilər ki, imtina cavabı veriləcək, çünki 8 yaşından balaca uşaq yoxdur.
Qohumun evində qalıram, sağ olsun, kirayə pulu almır.
Nazirliyin 142 "qaynar xətt"inə dəfələrlə zəng vursam da, cavab vermirlər.
DOST mərkəzindən sənədlər veriblər ki, gəlib baxış keçiriləcək, amma 1 aydır gəlmirlər”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.
Jalə FAMİLQIZI
