Göyçay Rayon İcra Hakimiyyətinin daha bir vəzifəli şəxsi saxlanılıb

2022-04-18 11:10:00

Göyçay Rayon İcra Hakimiyyətinin daha bir vəzifəli şəxsi saxlanılıb

Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Hurriyyet.az-ın xəbərinə görə, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya