Saat:21:55
Haqqımızda

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb IDDIA/VIDEO

2024-03-06 12:33:51

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb IDDIA/VIDEO

Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident !

Hörmətli Mehriban xanım !

Hörmətli Emin Əmrullayev!

Prezident cənab İlham Əliyev Respublikada təhsilin inkişafı üçün mütərəqqi sərəncamlar imzalayıb dövlət büdcəsindən pullar ayırır.Ancaq çox təssüf olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəki baş-alıb gedən korrupsiya təhsilimizə böyük zərbələr vurur.
Mənim bu şükayətim ümumi sözlərdən ibarət deyil rellaıqdır ki, nazirlik səviyyəsində komissiya yaradılıb yerində tam, hərtərəfli və obyektiv yoxlama aparılmalıdır.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır.Ancaq həmin tələbələrin əksər hissəsi 80 % dərsə gəlmir.Tələbələrin 98 %-nin biliyi sıfır səviyyəsindədir ki, bu böyük biabırçılıqdır.Bunu subut etmək üçün Kollecində təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komisiya tərəfindən mütləq yoxlanılamlıdır.Belə edilərsə bu fakt tam subut olacaq.

Nəzarət olmadığı üçün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində imtahanlar rüşvətlə aparılır.Bilik səviyyəsi sıfır davamiyyəti isə olmayan tələbələr rüşvət verib imtahandan yüksək qiymətlə keçə bilirlər.

Həttda elə tələbələr var ki, dərs oxuyur davamiyyəti var ancaq rüşvət vermədiyi üçün imtahandan qanunsuz olaraq kəsilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb.Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər.Həmin tələbələr dərsə gəlmədən bilik səviyyəsi sıfır olsada imtahandan yüksək qiymətlə keçirlər.Həttda həmin tələbələrə yüksək təqaüd də təyin edilir.

Kollecdə öz ixtisası üzrə bilik səviyyəsi sıfır olan tələbə gələcəkdə necə kadr ola bilər ?

Bu isə ölkə təhsilinə ağır zərbələr vurur gələcəyini məhv edib və kadr patensialını tükəndirir.

Kollecin müəllimlərinin çoxu evlərində kirayə saxladıqları tələbələrin hamısı imtahandan keçiblər.Çünki onları evini kirayəyə verən müəllimlər himayə edirlər.

Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında təriflər videosu çəkdirib sosial şəbəkədə yaydırmaqla öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir.

Ancaq görünən dağa nə bələdçi.Yazılanlar hamısı göz qarşısındadır.

Düzdür ölkədə təhsilə nəzarət güclüdür diqqət edilir tədbir görülür ancaq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən korrupsiya əməlləri yoxlanılmır.Hazırda kollecdə bir neçə vaxtdır maliyyə yoxlaması aparılır.Ancaq zərurət var ki, tələbələrin bilik səviyyəsi yoxlanılsın.Belə olarsa məktəbdə korrupsiyanın miqyası bəlli olacaq.

Xahiş edirəm nazirlik səviyəsində yoxlama ayrılıb Göyçaya ezam olunsun kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi tam hərtərəfli və obyektiv yoxlanılıb ciddi tədbir görülsün.

yenigundem.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR