“Götürdüyü benzin talonlarını dost-tanışına hədiyyə edirmiş…” – ŞƏRUR XƏSTƏXANASINDAN TƏCİLİ YARDIM SÜRÜCÜSÜNÜN İDDİALARINA REAKSİYA

2023-01-11 16:05:00

“Götürdüyü benzin talonlarını dost-tanışına hədiyyə edirmiş…” – ŞƏRUR XƏSTƏXANASINDAN TƏCİLİ YARDIM SÜRÜCÜSÜNÜN İDDİALARINA REAKSİYA

“Şərur Rayon Uşaq Xəstəxanasının Baş həkimi həmkəndlisi Rzayev Cavid Mehman oğlunu heç bir pul qarşılığı olmadan işə qəbul edib”.

Bu barədə Hurriyyet.az saytında dərc olunan “Mənə dedilər ki, ərizəni yaz çıx, yoxsa şərlənib çıxarılacaqsan” sərlövhəli yazıya xəstəxanadan verilən reaksiyada bildirilir.

Qarşı tərəfin cavab məktubunda daha sonra bildirilir:

“Cavid işə qəbul dövründə hətta Türkiyədə fəhlə işləyirdi, ailəsinin ehtiyacları olduğu üçün 2019-cu ildə işə qəbul olunub. İşlədiyi müddətdə təcili tibii yardım avtomobili ilə iki dəfə qəza keçirib. Hamıya məlumdur ki, avtomobil qəza keçirdiyi zaman yol polisi və sığorta dəvət olunur. Vuran sürücünün sığortası qarşı tərəfin avtomobilini təmir etdirir. Hadisəni törədən isə öz avtomobili təmir etdirir. O səbəbdəndir ki, qarşı tərəfin avtobobili kasıb olduğu üçün yox, qanun elə işlədiyi üçün sığorta tərəfindən təmir etdirilib. Hər iki halda təcili tibii yardım avtomobili xəstəxana hesabına düzətdirilib.

Avtomobilin motorxanasında olan vakkum cihazını qırdığ üçün avtomobil artıq yanacaq işlədir deyə uzun müddət avtomobil sürülməyib.

Bu yarıtmaz sürücünün işləri bununla da bitməyib, götürdüyü benzin talonlarını dost-tanışına hədiyyə edirmiş. Bu qeyd olunanlar bilinəndən sonra işdən uzaqlaşdırılıb. İşdən uzaqlaşdırıldıqdan sonra xəstəxananın hesabına təcili tibii yardım avtomobilinə 4000 manat xərc çəkilib.

Xüsusi qeyd olaraq bildiririk ki, Quliyeva Günay Şərur rayon uşaq xəstəxanasında 2019-cu ilin yanvar ayından 2021-ci ilin may ayınadək işləyib.

Götürdüyü krediti isə ikici dəfə toy eləmək və avtomobil almaq üçün istifadə edib.

Qeyd olunanlarla bağlı xəstəxananın hər hansı işçisinə müraciət etsəniz, sizə daha da geniş məlumat verər.

Bu qeyd olunan böhtan xarakterli yazılarla da bağlı hüquqi prosedur tətbiq olunacaq”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.199154