Saat:11:36
Haqqımızda

“GÖSTƏRDİK Kİ, ARTIQ DİŞİMİZ YOXDUR...”- "Yeni sənəd xalq tərəfindən qurtuluş kimi qəbul ediləcək"

2021-07-24 13:44:00

“GÖSTƏRDİK Kİ, ARTIQ DİŞİMİZ YOXDUR...”-

Ermənistanın ikinci Prezidenti, "Hayastan" blokunun lideri, hərbi cani Robert Koçaryan Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin mümkün nəticələrini şərh edib.

“AzPolitika.info” xəbər verir ki, yerli KİV-lərə müsahibəsində uşaq qatili Robert Koçaryan sərhədin Sədərək-Erasx istiqamətində baş verən son atışmaları Azərbaycanla sülh müqaviləsinin imzalanmasının "mümkün müqəddiməsi" adlandırıb.

"Bəli, bəlkə də Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmadan bağlana bilməyəcək bir razılaşma növü hazırlanır. Bu isə Qarabağın sonu olacaq",-deyə Robert Koçaryan deyib.

Onun sözlərinə görə, "bu cür təxribatlardan sonra" yeni bir müharibə təhlükəsinə görə, Ermənistana güzəştləri təklif edən yeni sənədin imzalanması xalq tərəfindən artıq "xəyanət kimi yox, qurtuluş kimi" qəbul ediləcək.

"Biz sanki Qaragöldə çox sayda Azərbaycan əsgərlərinin olduğunu unutmuşuq... Bu, müharibə vaxtı və ondan sonra Ermənistanın başına gələnlərin məntiqi davamıdır. Göstərdik ki, artıq dişimiz yoxdur, adekvat cavab vermək imkanı və istəyimiz yoxdur", - Robert Koçaryan deyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR