“Görün, Putin Paşinyanı necə bezdirib ki, o, mövqeyini 180 dərəcə dəyişməlidir” - "Hraparak"

2022-11-19 23:42:00

“Görün, Putin Paşinyanı necə bezdirib ki, o, mövqeyini 180 dərəcə dəyişməlidir” -

Paşinyanın açıqlaması partiyasının üzvlərini təəccübləndirib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, Nikol Paşinyanın parlamentdə Rusiyanın təkliflərini hələ 2021-ci ilin yanvarında qəbul etdiyi açıqlaması “Vətəndaş müqaviləsi” fraksiyasını təəccübləndirib.

“Məsələ ondadır ki, partiyanın qapalı iclaslarında Paşinyan şəxsən partiya üzvlərinə Rusiya əleyhinə bəyanatlar verməyi tapşırıb. Hətta bəziləri açıq mətnlə Rusiyanın Ermənistandan Zəngəzur dəhlizini istədiyini bəyan ediblər. Və elə sentyabr ayında o, öz qəzetində başqa imza ilə bunu Rusiyanın istədiyini yazmışdı.

Partiya üzvləri şəxsi söhbətlərdə məəttəl qalır və deyirlər: “Görün, Putin Paşinyanı necə bezdirib ki, o, mövqeyini 180 dərəcə dəyişməlidir”.

Xatırladaq ki, Paşinyan Rusiyanın təklifi ilə bağlı susmaqdan danışmışdı. “Mən bu barədə sırf nəzakətdən danışmadım, amma… Mövzuya aydınlıq gətirmək imkanı verdiyinə görə Rusiya Federasiyasının Prezidentinə təşəkkür edirəm. Bizim hökumətin bugünkü mövqeyi əslində müxalifətin bizdən tələb etdiyi mövqedir”. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121702