Saat:09:02
Haqqımızda

Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib - Faktlar açıqlandı

2024-04-24 11:40:38

Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib - Faktlar açıqlandı

Xəbər verdiyimiz kimi, Dina Tiinus başda olmaqla, bir qrup ABŞ konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Hədəfə götürülən 41 nəfər arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var. Sənəd haqqında bundan əvvəl ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə danışılıb. 

Bəs görəsən ABŞ tərəfindən belə bir biabrçı sanksiyasının tətbiqi nəyə hesablanıb? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, bu layihənin hazırlanmasında erməni lobbisinin ciddi rolu var:

“Şübhəsiz ki, bu məsələdə erməni lobbisinin ciddi rolu var. Aydın məsələdir ki, ABŞ-da yerləşən erməni lobbisi və diasporu uzun illər boyu bu kimi istiqamətlərdə səylə çalışıb. Cənubi Qafqazda əvvəlki təzyiq mexanizmlərinin sıradan çıxması ilə yanaşı, onların əllərindən mahiyyət etibarı ilə siyasi dividentlər çıxıb. Bu aspektdən Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı hər hansı irəliləyişin əldə olunacağı təqdirdə, diasporun bununla barışmayacağı bəlli idi. Onu da qeyd edim ki, ABŞ prezidenti Co Baydenin özü də prinsip etibarı ilə erməni lobbisinin içərisində yer alan şəxslərdən biridir. Azərbaycana qarşı tamamilə qərəzli formada qəbul edilən 907-ci düzəlişin müəlliflərindən biri də elə Baydendir. Bütövlükdə bu sanksiyaların qəbul edilməsi ilə bağlı hər hansı bir addım atılacaqsa, bu faktiki olaraq, ABŞ-ın post-sovet məkanında və türk dünyasındakı maraqlarını birmənalı şəkildə şübhə altına ala bilər. Bu addımlar bir daha sübut edir ki, ABŞ başda olmaqla, Qərb ölkələrinin bir çoxu Azərbaycanın işğal altında olan ərazilərinin geri qaytarılmasında maraqlı olmayıb”. 

Politoloq ABŞ-ın bundan öncə də Azərbaycanla bağlı dəfələrlə qərəzli qərarlar verdiyini diqqətə çatdırıb: 

“Qənaətimə görə, yeni heç nə baş vermir. 907-ci düzəlişin qəbul edildiyi zaman kəsiyinə diqqət etsək, həmin dövrdə Azərbaycanın indikinə nisbətən zəif olduğunu görərik. Amma indiki halda Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla sülh müzakirələrinə başlayıb. Prezidentlərin görüşünə gəlincə isə, hər iki ölkə başçılarının görüşləri onsuz da mütəmadi olaraq keçirilir. Bu görüşlərin keçirilməsində üçüncü ölkələrin hər hansı bir aidiyyəti yoxdur. Azərbaycanla Rusiya müttəfiq ölkələrdir və bu cür görüşlər olduqca təbiidir. Vaşinqton dünyada baş verən istənilən hadisəni nəzarət edə biləcəyini düşünürsə, böyük səhv edir”. 

Qeyd edək ki, 907-ci düzəliş adlandırılan bədnam sənəd 1992-ci ildə qəbul olunub. Sənəd ABŞ-ın Azərbaycana yardım etməsini qadağan edir. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206194