Goranboyun icra başçısı və bələdiyyə sədri vətəndaşı ÖLÜM HƏDDİNƏ ÇATDIRIB

2022-08-23 11:09:00

Goranboyun icra başçısı və bələdiyyə sədri vətəndaşı ÖLÜM HƏDDİNƏ ÇATDIRIB

Neman Eminov: "İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, icra hakimiyyətinin bir qrup əməkdaşı bildirirlər ki, sənə bu rayonda iş yoxdur"

"Yaşanmaq istəmirəm, artıq canım boğazıma yığılıb, mənə qarşı olunan süründürməçiliyi, ədalətsizliyi, haqsızlığı görməməyim üçün ölmək qərarına gəlmişəm"

"Bələdiyyə sədri Səbinə Həsənova icra başçısının tapşırığı ilə işləyir, qanunsuzluq, haqqsızlıq və ədalətsizliklə məşğuldur"

Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Neman Bayram oğlu Eminov "Hürriyyət"ə müraciət edərək bildirir ki, kəndin bələdiyyə sədri vəzifəsinə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən təyin edilən Səbinə Həsənova vəzifəli şəxs olaraq özbaşnalıqlar edərək, bələdiyyənin təlimatına uyğun deyil, icra başçısının qanunları və tapşırıqları ilə işləyir, qanunsuzluqla, haqqsızlıqla, ədalətsizliklə məşğuldur. 

Şikayətçinin sözlərinə görə, o, 2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Səbinə Həsənovaya həyətyanı torpaq sahəsi əldə etmək üçün rəsmi qaydada müraciət edib, lakin bələdiyyə sədri iştirakı olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil edib, qanunsuz qərarlar çıxarıb: "Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ona yaxın olan icra hakimiyyətinin bir qrup əməkdaşı, təyin etdiyi Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Səbinə Həsənova mənim həyatımla oynayır, artıq canımdan bezmişəm. 2019-cu ilin aprel ayından valideynlərimin təsərrüfatından ayrılmışam. Sabiq Qızılhacılı qəsəbə ərazi üzrə icra nümayəndəsi və sabiq bələdiyyə sədri Məzahir Allahverdiyev məni 2019-cu ilin aprel ayında aldadaraq, müəyyən vədlər vermişdilər, amma dedikləri vədlərə əməl etməmişdilər. Həyətyanı torpaq sahəsi ilə təmin etməmişdilər. 2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Səbinə Həsənovaya mənə həyətyanı torpaq sahəsi verilməsi üçün rəsmi müraciətlər etdim, iştirakım olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil etmiş, qanunsuz qərarlar çıxarmışdı. Bununla bağlı aidiyyatı qurumlara müraciətlər etdim, Ədliyyə Nazirliyinin Regional Gəncə Ədliyyə İdarəsində qəbullarda oldum. 15.09.2021-ci il tarixində "qondarma çıxardığı qərarını ləğv edərək", mənə torpaq sahəsinin verilməsi üçün sənədləşmə işinə başlanılması qərarını çıxarmışdı. 15.09.2021-ci il tarixində çıxardığı bu qərarı hələ də çox təəssüflər olsun ki, bu günə kimi icra etmir və yenə də öz qanunsuz aldatma əməllərinə davam edir. 2019-cu ilin aprel ayından bu günə kimi vətəndaşlara verilən həyətyanı torpaq sahələrinin və elə bələdiyyə üzvləri var ki, nə səbəbə iclaslarda iştirak etməyərək iclas protokollarına imzalar etməmələrini araşdırılması üçün hüquq-mühafizə orqanlarına, Bələdiyyələrlə İş Mərkəzinə dəfələrlə rəsmi qaydada yazıb, göndərsəm də bu günə kimi çox təəssüflər olsun ki, araşdırılmır, yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər barəsində heç bir tədbir görülmür, etdikləri əməllərə görə məsuliyyətə cəlb edilmirlər, müəyyən maraqlara görə etdikləri cinayətləri gizlədirlər".

İki ali təhsili olduğunu qeyd edən Neman Eminov əlavə edib ki, ixtisaslı kadr olmasına baxmayaraq, bu günə kimi işsiz qalıb: "Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla, bir qrup əməkdaşları bildirirlər ki, sənə bu rayonda iş yoxdur. Çox təəssüflər olsun ki, bəzi işsiz xanım vətəndaşlar var ki, Goranboy Rayon İcra Hakimiyyətinə işsiz vətəndaş olduqlarını bildirdikdə işlə təmin olunurlar, problemlərini elə yerindəcə həll edirlər. Bu rayonun icra hakimiyyətində bəzi şöbə müdürləri, vəzifəli şəxslər var  heç imkan vermirlər ki, işsizliklə bağlı müraciət edən bəzi xanım vətəndaşları İcra Başçısı Məhərrəm Quliyev qəbul etsin, problemlərlə maraqlansın, şöbə müdürləri özləri dərhal məsələni müəyyən şərtlər adı altında həll edirlər, razılığa gəlirlər. Çox təəssüflər olsun ki, mənim kimi işsiz vətəndaşlar, canını vətən uğrunda qoyan qazilər süründürməçiliklə üz-üzə qalırıq, problemlərimiz həll olunmur. Mingəçevir Turizim Kollecini bitirmiş, qeyri ixtisaslı və ən əsası hərbi xidmətdən yayınaraq vətəninə olan borcunu ödəməyən Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Qurbanov Elşad Müşfiq oğlunun mədəniyyət sahəsinə işə qəbul edilərək, yaşadığı Qızılhacılı qəsəbəsində fəaliyyət göstərən Regional Gəncə Mədəniyyət idarəsinin tabeliyində olan "diyarşünaslıq evinə" rəhbər vəzifəyə təyin edilməsi nə dərəcədə doğrudur? Hərbi xidmətə yararsız olan kadra yüksək, məsul vəzifə verilməsi qanunauyğundurmu? Goranboy mədəniyyət şöbəsində, tabeliyində olan qəsəbə və kəndlərində fəaliyyət göstərən mədəniyyət ocaqlarında, kulublarda qeyri-ixtisaslı kadrlar çalışırlar, nə səbəbə belə kadrlar işdən azad edilmirlər? İxtisası fransız-dili müəllimliyi olan mədəniyyət sahəsində bədii rəhbər vəzifəsində çalışır. Bu nə dərəcədə qanunidir? Hərbi xidmətdən yayınan Elşad Həsənovun illərdir ki, Goranboy Gənclər və İdman İdarəsinə rəis təyin edilməsi nə dərəcədə doğrudur? Maliyyə yoxlaması aparılarkən bu idarədə küllü miqdarda maliyyə saxtakarlığı aşkar edilmişdir, bu idarənin işçiləri var ki, imzaları saxtalaşdırılmışdır. İşçilərin bir aylıq əməkhaqqısı yoxlamalara veriləcək adı ilə işçilərdən alınmışdır. Bu idarədə nə səbəbə obyektiv, ədalətli araşdırmalar aparılmır? İnanıram və hesab edirəm ki, cənab prezidentin tapşırığı əsasında yuxarıda qeyd edilən məsələr obyektiv araşdırılacaq, cəzasızlar cəzalanacaqlar. Haqq-ədalət öz yerini tapacaq. Yuxarıda qeyd etdiklərimə görə yaşanmaq istəmirəm, artıq canım boğazıma yığılıb, mənə qarşı olunan süründürməçiliyi, ədalətsizliyi, haqsızlığı görməməyim üçün ölmək qərarına gəlmişəm".

PS. Bütün bunlardan sonra bir daha belə qənaətə gəlirik ki, Məhərrəm Quliyev üzərinə düşən bu məsul vəzifənin öhdəsindən gəlmək iqtidarında deyil. Ən dəhşətlisi odur ki, ölkə rəhbərinin etimad göstərib, Goranboya icra başçısı təyin etdiyi Məhərrəm Quliyevin adı, günü bu günədək, bir çox qalmaqallı məsələlərdə hallanmaqdadır. O, bu məsul vəzifə kreslosunda özünü çox rahat aparır, hətta bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinmir.
Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı sırf cinayət hadisələri kimi xarakterizə olunur. Bir anlığa, onun adına çıxılan bəzi cinayət epizodlarına diqqət yetirdikdə də, deyilənlər bir daha təsdiqini tapır. Məhz buna görə də, bu başdan düşünmək olur ki, bu şəxsin adı artıq müasir tariximizin “qaranlıq səhifəsi”nə birdəfəlik həkk olunub. Bunu təkcə biz yox, əldə etdiyimiz konkret faktlar da sübut edir. Son vaxtlar əldə etdiyimiz o faktları götürək ki, yerli sakinlər onları da başçının bənzəri olmayan qanunsuz hərəkətləri kimi misal çəkirlər. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış — Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Yəqin, hər kəs o haqda da məlumatlı oldu ki, Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri, bəlkə də lap birincisi onun Ceyhun Həsənovu özünə birinci müavin təyin etməsi oldu. Çünki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində elə bir hal baş verməyib ki, təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, dövlət qulluğunda olarkən, biznes fəaliyyəti ilə də məşğul olan bir şəxslə bağlı bu cür təyinat həyata keçirilsin.

QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058434