Goranboyda narkokuryer qadın saxlanıldı - Foto
2025-01-04 12:31:47
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən qadın saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 48 yaşlı İ.Hüseynzadədən 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.
Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.