Goranboyda minik və yük maşınları toqquşdu - Xəsarət alanlar var

2023-01-28 22:03:00

Goranboyda minik və yük maşınları toqquşdu - Xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun 310-cı kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.Az xəbər verir ki, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.256985