Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
2025-03-14 12:36:28

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
Hurriyyet.az xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.
Report.az
