Saat:08:28
Haqqımızda

GORANBOYDA İCRA HAKİMİYYƏTİNİN ŞÖBƏ MÜDİRİ BAŞQASININ HƏYAT YOLDAŞINI QAÇIRDI – 3 uşaq atası olan Şaiq Qəmbərlinin qaçırdığı Ülviyyə adlı xanımın da 2 övladı var…

2022-07-01 13:31:00

GORANBOYDA İCRA HAKİMİYYƏTİNİN ŞÖBƏ MÜDİRİ BAŞQASININ HƏYAT YOLDAŞINI QAÇIRDI – 3 uşaq atası olan Şaiq Qəmbərlinin qaçırdığı Ülviyyə adlı xanımın da 2 övladı var…

İki həftə əvvəl Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanovu döyən şəxsə vəzifə verildiyi haqda məlumat dərc etmişdik. Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verirdi.

Xatırladaq ki, A.Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilib.

Məlumat vermişdik ki, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin ediblər.

Onu da qeyd etmişdik ki, icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.

Qarabağ qazisini döyməklə vəzifə pilləsinə yüksələn Şaiq Qəmbərli haqqında Hurriyyet.az-a daha bir sensasion məlumat daxil olub. İddia olunur ki, Goranboyda özünü “toxunulmaz” hesab edən və 3 övlad atası olan Ş.Qəmbərli başqasının həyat yoldaşını qaçırıb. Belə ki, Goranboy Sukanal İdarəsində çalışan rayon sakininin (adı bizə bəlli olsa da, etik baxımından yazmağı məqsədəuyğun hesab etmirik – red.) iki uşaq anası olan Ülviyyə adlı xanımı öz ailəsini ataraq, Şaiq Qəmbərliyə qoşulub qaçıb.

Maraqlıdır ki, son vaxtlar Goranboyda Ş.Qəmbərlinin icra başçısının birinci müavini Seymur Nəzərovu əvəzləyəcəyi haqda söz-söhbət dolaşır. Məlumata əsasən, bir ay əvvəl İcra Hakimiyyətində şöbə müdiri təyin olunan Ş.Qəmbərli həmin vaxt yaxın ətrafına bildirib ki, bu vəzifədə müvəqqətidir, tezliklə birinci müavin təyin olunacaq.

Onu da bildirək ki, Şaiq Qəmbərlinin atası Akif Qəmbərli vaxtilə Goranboy Sukanal İdarəsinin rəisi vəzifəsində çalışıb.

Onu da xatırladaq ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nəzərov Seymur Fazil oğlu bu ilin fevral ayında həmin vəzifəyə təyin olunub. O, bu təyinatdan öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR