Goranboyda 12 yaşlı şagird geyimə görə dərsdən qovuldu? - TƏHSİL NAZİRLİYİNDƏN REAKSİYA

2022-04-28 11:03:00

Goranboyda 12 yaşlı şagird geyimə görə dərsdən qovuldu? - TƏHSİL NAZİRLİYİNDƏN REAKSİYA

Bu gün sosial şəbəkələrdə Goranboyun Səfikürd kənd tam orta məktəbinin 6-cı sinif şagirdi olan 12 yaşlı qızın geyim formasının olmamasına görə məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdırılması ilə bağlı məlumatlar yayıldı. Qeyd olundu ki, uşaq müəllim tərəfindən təhqir olunub, psixoloji təzyiqə məruz qalıb.

Sosial şəbəkədə yayılmış məlumatda deyilir:

"Dünən kəndimizdən aldığım məlumata çox üzüldüm və hətta inanmağım gəlmədi. Goranboy rayonu Səfikürd kənd orta məktəbindən 12 yaşında qız uşağı məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdıralaraq, yaşının qaldıramayacağı formada psixoloji təzyiqə və təhqirə məruz qalıb. Uşağın məktəbli geyimi hal hazırda geyinmək üçün yararsız olduğuna görə ətək əvəzinə şalvar geyinirmiş. Məktəb rəhbərliyi tərəfindən niyə ətək geyinməmisən sualına, yoxumdu deyə cavab verib. Uşağa deyilibki, yoxundu get qonşudan al geyin yaxud nənənin "ştanını" geyin gəl. ( onların rəzilliyinə görə bu yazını oxuyan hər kəsdən üzr istəyirəm)

Uşaq qanunsuz formada dərsdən çıxarılaraq , evə göndərilib. Valideyinin məktəb direktoruna zəng edərək imkanım yoxdu, maaş alanda uşağa yeni geyim alaram, niyə belə biabırçılıq edirsiniz sualına isə direktor Lamiyə Abışova mənim sözümdü, mən belə demişəm. Get uşağına ətək alarsan, sonra uşağın məktəbə gələr cavabını verir.

Məktəblə əlaqə saxlayıb, bunun qanunsuz və qeyri insani rəftar olduğunu deməyimə, məsələni qaydasına salmağ cəhdimədə baxmayaraq, əlahəzrət direktor xanım bu gün yenə uşağı dərsə buraxmayıb. Görəsən o məktəbdə insan hüququ, uşaq hüququ, uşaq psixolojisi nədir, necə rəftat eləmək lazımdır deyə bilən var, yoxsa hamı direktor xanım kimi bu mətləblərdən xəbərsizdi?".

Məsələylə bağlı Təhsil nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirilib ki, vətəndaşın müraciəti ilə bağlı məktəb direktorundan izahat alınmışdır:

"Direktorun izahatında bildirilir ki, şagirdə qarşı  hər hansı təhqiredici ifadə işlədilməmişdir. Sadəcə şagirdin məktəbə məktəbli geyimində gəlməli olduğu bildirilmişdir".

Qeyd edək ki, Səfikürd tam orta məktəbində 1000-ə yaxın şagird təhsil alır. Onların da təlim tərbiyəsi ilə 125 nəfərlik pedaqoji heyət məşğul olur.

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya