Saat:07:16
Haqqımızda

GORANBOY SAKİNİNİ ŞANTAJ EDƏN KEÇMİŞ POLİS HƏBS OLUNDU – İlkin Əliyev mağazalardan “haqq” topladığı üçün polis orqanlarından xaric olunmuşdu...

2022-12-01 12:56:00

GORANBOY SAKİNİNİ ŞANTAJ EDƏN KEÇMİŞ POLİS HƏBS OLUNDU – İlkin Əliyev mağazalardan “haqq” topladığı üçün polis orqanlarından xaric olunmuşdu...

Bir neçə gün əvvək Goranboy rayonunda keçmiş polis əməkdaşı İlkin Əliyev saxlanılıb.

Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verir.

Məlumata əsasən, həbs olunan keçmiş polis əməkdaşı hazırda Gəncə İstintaq Təcridxanasında saxlanılır.

Mənbə deyir ki, İ.Əliyev rayon ərazisində mağazalardan qanunsuz olaraq “haqq” yığıdığına görə Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinə onunla bağlı çoxsaylı şikayət daxil olub və nəticədə o, təxminən 7-8 ay əvvəl polis orqanlarından uzaqlaşdırılıb.

Bildirilir ki, İlkin Əliyev bundan sonra da qanunsuz əməllərindən əl çəkməyib. Belə ki, o, rayon sakini olan qızı əlində olduğunu iddia etdiyi hansısa “faktlarla” şantaj etməyə başlayıb. Qızın valideynləri bunu bildikdən sonra polisə müraciət ediblər. Nəticədə İlkin Əliyev həbs edilərək, Gəncəyə aparılıb.

Mənbə deyir ki, İlkin Əliyevin əmisi oğlu da hazırda Goranboy rayon Polis Şöbəsində çalışır. İddia olunur ki, serjant rütbəsi daşıyan Elvin Əliyevin də işi “polisə müqavimət” adı altında, insanların üzünə durub, onları şərləyərək həbsə atdırmaqdan ibarətdir.

Hurriyyet.az

Redaksiaydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR