Saat:19:39
Haqqımızda

Göranboy sakini atasından qalan torpağı öz adına keçirə bilmir – “1 hektar torpaq sahəsi sənədlərdə yazılmır…”

2023-01-26 13:38:00

Göranboy sakini atasından qalan torpağı öz adına keçirə bilmir – “1 hektar torpaq sahəsi sənədlərdə yazılmır…”

Goranboy rayonu, Gürzallar kənd sakini Səfərov Fariz Rəsul oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Gürzallar kəndində torpaq isalahatı düzgün aparılmayıb, yararsız torpaqlar “yararlı torpaq” sahələri kimi onlara verilib:

“Mən, Goranboy rayonu Gürzallar kənd sakini Səfərov Fariz Rəsul oğlu, yazaraq sizə bildirirəm ki, burada torpaq isalahatı düzgün aparılmayıb. Yararsız torpaqlar yararlı torpaq kimi sakinlərə paylanılıb.

2016-cı ildə atam rəhmətə getdi və təsərrüfat anamın adına keçdi. 2020-ci ildə anam da dünyasını dəyişdi. 2021-ci ildə torpaq mənim adıma keçməli idi, amma sənədlərdə qanunsuz olduğunu bildirdilər.

2021-ci ildə Aqrar İnkişaf Mərkəzinə müraciət etdim. Mənə orada bildirdilər ki, Goranboy rayonunun Əmlak Şöbəsinə meraciət et. Müraciət etdim və oradan mənim adıma “əkinçi kartı” verdilər və mən subsidiya aldım.

6 yerdə torpaq payımız olmalıdır, ümumi sahəsi 3.83 hektardır.

Goranboy Aqrar İnkişaf Mərkəzində isə 2.62 hektar torpaq sahəsinin olduğu göstərilir. 1 hektar torpaq sahəsi sənədlərdə yazılmır. Bu səbəbdən də deyirlər ki, sənədlərin düzgün deyil. Aqrar İnkişaf Mərkəzi bu işdə Əmlak Komitəsini, Əmək Komitəsi də Aqrar İnkişaf Mərkəzini günahlandırır. Mənə deyirlər ki, get torpağı ək-becər, heç kəs əlindən almayacaq. Sənədlərdə isə təsdiqi yoxdur. Deyirlər, nə qədər ki, səndədir, istifadə et.

Öz araşdırmalarım nəticəsində onu da öyrənmişəm ki, bizə verilən “ferma kartı”nda kənd bələdiyyəsinin qohumları - dayısının ailəsi də atamın üstündə olub. Əslində isə kartda biz və ailəmiz olmalı idi.

Sizin redaskiyadan xahiş edirəm bu məsələni işıqlandırın, torpağımı almaqda mənə köməklik göstərilsin”.

Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da zəngimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR