Saat:17:11
Haqqımızda

Goranboy İH-nin şöbə müdiri ilə qaçan qadının ərindən ŞOK ETİRAFLAR

2022-07-02 22:20:00

Goranboy İH-nin şöbə müdiri ilə qaçan qadının ərindən ŞOK ETİRAFLAR

Xəbər verdiyimiz kimi, Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin Ülviyyə Rüstəmova adlı ailəli xanımı qaçırması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daha sonra mətbuata açıqlama verən şöbə müdiri yayılan məlumatların tamamilə şər-böhtan və qarayaxma olduğunu iddia edib. 

"Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam”,- deyə Ş.Qəmbərli mediaya açıqlamasında bildirib.

Daha sonra Redaktor.az-la əlaqə saxlayan Ülviyyə Rüstəmovanın həyat yoldaşı Anar Abbasov bəzi məlumatları oxucularlımızla bölüşdü:

Onun sözlərinə görə, həyat yoldaşı iyunun 17-də evdən ayrılaraq Goranboy İcra Hakimiyyətinin şöbə müdiri, 3 övlad atası olan Şaiq Qəmbərli ilə qaçıb. Bundan sonra həyat yoldaşı Anar Abbasova köhnə nömrəsi ilə yazıb ki, Bakıya gedib, orda yaşayacaq.

“Sonra nömrəsinə zəng çatmadı. Mən bu barədə yoldaşımın anasına məlumat verdim. Həm o, həm mən ayrı-ayrılıqda Bakıya getdik. Birinci bacısının evinə getdim, amma orda deyildi. Anası da başladı qızını axtarmağa, yoldaşımın rəfiqələrinə zəng etsə də, heç bir nəticə olmadı.

Mən 2 gündən sonra qayıtdım Goranboya. Anası isə məndən 1 gün sonra qayıtdı. Daha sonra yeni nömrəsi ilə dostuna zəng etdi, beləliklə, əlaqə nömrəsini tapdıq”.

Anar Abbasovun sözlərinə görə, qayınanası Gəncədəki bacısıgilə gedib. Daha sonra qızı Ülviyyə ilə əlaqə saxlayıb. Ülviyyə də səhər durub Gəncəyə gedib, anası ilə görüşüb, oradan da Goranboydakı ata evinə gəlib və deyib ki, 2 gün sonra yenə Bakıya qayıdacaq.

“Yoldaşım rayona gəldikdən sonra onu görmək üçün anasının evinə getdim. Orada olarkən Ülviyyənin telefonuna Şaiq Qəmbərliyə  məxsus nömrədən mesaj  gəldiyini gördüm. Mesajı oxuduqda artıq onların arasındakı münasibəti başa düşdüm”.

Həmçinin Anar Abbasov ona atılan böhtanlara cavab olaraq bildirib ki, istənilən vaxt tibbi ekspertizadan keçməyə hazırdır:

“Ülviyyə və Şaiq Qəmbərli məni narkotik aludəçisi olaraq ictimaiyyətə təqdim edirlər. Necə ola bilər ki, 615 bal ilə Bakı Dövlət Universitetini bitirən, sabiq icra başçısının fəxri fərmanına layiq görülən insan narkotik aludəçisi olsun? Mən nə vaxt istəsəniz tibbi ekspertizadan keçə bilərəm”.

A. Abbasov onu da əlavə etdi ki, şöbə müdiri ilə arvadı arasındakı münasibətlə bağlı əlindəki faktları hüquq-mühafizə orqanlarına təqdim edib və lazım gələndə onları media ilə də bölüşəcək:

"Bütün Goranboy əhalisi onların yalan, mənim dogru danışdığımı bilir. Şaiq Qəmbərli müsahibəsində deyib ki, guya keçmiş iş yoldaşı birlikdə ona qarşı qarayaxma kampaniyası qurmuşuq. Hansı ki Şaiq indi o adamın yerinə təyin edilib. Mən həmin adamı tanımıram, hətta heç üzünü də görməmişəm".

Bu arada, Şaiq Qəmbərlinin adının mətbuatda qalmaqalda hallanması ilk dəfə deyil. Bundan əvvəl də onun Qarabağ qazisini dföyməsi barədə mətbuatda çeşidli xəbərlər dərc edildi.

Belə ki, Hurriyyet.az-ın yazdığına görə, Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilib.

Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin edib. İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR