Saat:19:36
Haqqımızda

GOP 29 ərəfəsində Azərbaycanın Aİ-dəki səfirinə qarşı təxribat “Politico”da

2024-11-05 12:47:23

GOP 29 ərəfəsində Azərbaycanın Aİ-dəki səfirinə qarşı təxribat “Politico”da

GOP 29 ərəfəsində Azərbaycana qarşı Ermənistan tərəfindən “Politico” nəşrində uydurma təxribatlar səsləndirilib. Qərəzli şər-böhtan Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıqova qarşı irəli sürülüb.

Ermənistanın Aİ-dəki səfirliyi guya Vaqif Sadıqovun Tiqran Balayana qarşı səsləndirdiyi hədələrlə bağlı Brüsseldəki diplomatik nümayəndəliklərə rəsmi etiraz göndərib. “Politico” yazır ki, redaksiya məktubun surətini alıb və orada Balayanın Sadıqov tərəfindən şifahi hücumlara və hədə-qorxulara, o cümlədən həyatına hədələrə məruz qalması iddia edilir.

Nəşrin məlumatına görə, hadisə Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Türkiyə səfirliyi tərəfindən Brüsseldəki Tangla otelində təşkil edilən qəbulda baş verib. Bu, 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsindən sonra Ankaranın Ermənistan səfirliyinin iştirakı ilə təşkil etdiyi ilk qəbul olub. “Politico”nun sorğusuna cavab olaraq Sadıqov hadisəni təkzib edib, ittihamları “gülünc” adlandırıb və qəbulun normal diplomatik hadisələrə xas olan mehribanlıq şəraitində keçdiyini qeyd edib.

Ermənistan səfirliyi əlavə şərh verməkdən yayınıb, Türkiyə səfirliyi isə hələlik açıqlama sorğusuna cavab verməyib. Məsələ belə təqdim olunur ki, guya bundan əvvəl Sadıqov sosial şəbəkədə Ermənistana səfər edən Avropa Parlamentinin nümayəndə heyətini hədələdiyinə görə Aİ tərəfindən tənqid edilib. Avropalı siyasətçilərin sərhəddə çəkdirdiyi fotonun altında o, 3000 metr atəş məsafəsinə malik Azərbaycan snayper tüfəngini xatırladıb və onlara “Azərbaycan sərhədindən uzaq durmağı” tövsiyə edib. Əslində isə Avropa, ələlxüsus da Fransa Ermənistan-Azərbaycan sərhəddinə təhlükəsizlik ekspert qrupu altında göndərdiyi agentura şəbəkəsinin işləklərindən Azərbaycanın xəbərdar olduğunu həzm edə bilmir. İndiki məqamda Ermənistan-Aİ-Fransa cinahının Azərbaycan üçün önəmli olan dünya miqyaslı GOP 29 tədbiri ərəfəsində şər-böhtan xarakterli uydurma ittihamlar irəli sürməsini məsumcasına qəbul etmək sadəlövhlük olar.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205970