"Google"dan AÇIQLAMA: İran Bayden ilə Trampın kampaniyalarına kiberhücumlar edib
2024-08-15 12:19:16
"Google", prezident Baydenin qərargahına və ABŞ prezidentliyinə namizəd Trampın seçki qərargahına İranın kiberhücumlarını təsdiqləyib.
Belə ki, şirkətin hesabatında may və iyun aylarında edilən hücumların “ABŞ-ın indiki və keçmiş hökumət rəsmiləri və seçki kampaniyaları ilə əlaqəli şəxslər də daxil olmaqla, Bayden və Trampla əlaqəli təxminən onlarla insanın şəxsi e-poçt hesablarının” hədəf aldığı açıqlanıb.
Kiberhücumların İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan APT42 haker qrupu tərəfindən həyata keçirildiyi vurğulanır.
Lalə, Hurriyyet.az